“ Səfərdə oyun da var ” - Almeyda

-seferde-oyun-da-var-
Oxunma sayı: 718

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” doğma meydanda “Şerif”lə qolsuz bərabərə qalıb.

"Qafqazinfo" xəbər verir ki, oyundan sonra yarımmüdafiəçisi Riçard Almeyda qarşılaşma haqqında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün qələbə qazanmamağınıza səbəb nə oldu?

- Əlimizdən gələni etdik. Futboldu, hər şey baş verir. Səfərdə bir oyun da var. Hazırlaşıb müsbət nəticə qazanmaq mümkündür.

- “Qarabağ” rəqibindən belə oyun gözləyirdi?

- Gözləyirdik, bilirdik belə baş verəcəyini. “Şerif” iki taktika ilə oynayır: beşli müdafə və 4-1-4-1 düzülüşü. Hansı sistemlə oynayacaqlarını bilmirdik. Həftə ərzində hazırlaşdıq. Məşqçilərimiz rəqib haqda məlumatlar vermişdilər. Cavab oyununa ciddi hazırlaşacağıq.

- Cavab matçında nəyə ümid etmək olar?

- 90 dəqiqədən sonra bilinəcək. Hansı komanda daha güclü olsa, sevinən tərəf olacaq. Rəqibə hörmət etmək lazımdır. Əlimizdən gələni edəcəyik.

- Öz oyunundan razı qaldın?

- Siz deyin, mən bu haqda nəsə deyə bilmərəm.