“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Azərbaycan Televiziyasının rəsmi saytında yerləşdirilib.
Səsinə güvənən və ifaçılıq qabiliyyətinə malik şəxslər www.aztv.az saytında yaradılmış xüsusi bölmədə qeydiyyatdan keçərək, müsabiqədə iştirak edə bilərlər. Bundan başqa, “Səs Azərbaycan” layihəsinə qatılmaq və əlavə məlumat əldə etmək üçün 012 492 27 27 qaynar xətti də mövcuddur.
Qeyd edək ki, indiyə qədər “The Voice” dünyanın 50-dən çox ölkəsinin ən nüfuzlu telekanallarında nümayiş olunub. İlk dəfə Azərbaycan teleməkanında keçiriləcək məşhur layihə yeni televiziya mövsümündən başlayaraq efirə gedəcək.
Son xəbərlər
Son Xəbərlər