“Sinəmi hər kəs görüb, gizləyəcək bir şey yoxdur…”

-sinemi-her-kes-gorub-gizleyecek-bir-sey-yoxdur
Oxunma sayı: 7189


Amerikalı aktrisa Scarlett Johansso  “W Maqazin” jurnalının mart nömrəsinin  siması olub. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sentyabrda ana olan aktrisa türk fotoqraf Mert Alasanın kamerası qarşısına keçib. 

“Hər kəs sinəmi görüb, büstqalterimi burada dəyişə bilərəm, gizləyəcək bir şeyim yoxdur” deyə zarafat edən Johansso qızından danışıb:

“Körpəmi qucağıma verdiklərində çox təəccübləndim. Mənim körpəm xəyalımda canlandırdığımdan fərqli görünürdü. Çox böyükdü. Xəyal etdiyimdən də böyük uşaq idi”. 

Aktrisa aktrisalıq xəyallarından da söhbət açıb:

 “Uşaqkən aktrisa seçimlərinə qatılırdım. Mənə verilən obrazları canlandıra bilmirdim. Metroda evə dönərkən ağlayırdım. Anam “Başqa bir peşə düşün” deyə mənə təsəlli verirdi. Mən də ona “Xeyr, xəyallarımı məndən ala bilməzsən. Mən  aktrisa olmaq istəyirəm” deyərdim. B nömrəli qatarı gözləyərkən, dua edərdim”. 

Könül