Müştərilərlə bərabər, xarici ölkələrdəki partnyorları da tədbirə dəvət edən şirkət ən böyük hədiyyəsini – Nissan avtomobilini də onu qazanan şəxsə təqdim edib. Qeyd edək ki, avtomobil qazanmaq şansı “Ştutqart” mağazalarından ən çox alış-veriş edən şəxslərə və ustalara şamil olunurdu ki, qaydalara uygun olaraq Yasamal filialının ən aktiv müştərilərilərindən biri – Elman adlı müştəri avtomobili qazanıb. Tədbirdə bir çox məşhurlar da öz ifaları ilə təbriklərə qoşulublar.
Xatırladaq ki, “Ştutqart” Mağzalar Şəbəkəsi Almaniya, Yaponiya və Koreya kimi ölkələrin məşhur avtomobillərinin orijinal ehtiyat hissələrinin satışı ilə məşğul olur və hazırda 5 filialla fəaliyyət göstərir.
Son xəbərlər
Son Xəbərlər