Su kəmərində qəza baş verib

-su-kemerinde-qeza-bas-verib
Oxunma sayı: 654

“Azərsu” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qəza iki sakinin həyətində qeydə alınıb. Qəzanın nəticələrini aradan qaldırmaq məqsədi ilə “Azərsu” ASC-nin, yerli icra hakimiyyəti və bələdiyyə əməkdaşları əraziyə baxış keçirib. İlkin baxış zamanı məlum olub ki, G. Fərəməzova və E. Bağırova məxsus yaşayış evləri 2000-ci illərin ortalarında 1200 mm diametrli, yüksəktəzyiqli magistral su kəmərinin mühafizə zolağında qeyri-qanuni inşa edilib. Xatırladaq ki, qanunvericiliyə görə, 1200 mm diametrli yüksəktəzyiqli su kəmərinin hər tərəfdən 12 metri onun mühafizə zolağı sayılır və orada hər hansı tikinti aparmaq qadağandır.

Borunun qəzalı yeri müəyyənləşdirilərək fəsadları tam aradan qaldırılıb.

“Azərsu” ASC bir daha bəyan edir ki, magistral su kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi, kommersiya obyekti və ya digər tikilinin inşası yolverilməzdir. Fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.