“Sünbül ağa” yeni filmdən danışdı

-sunbul-aga-yeni-filmden-danisdi
Oxunma sayı: 944


“Qafqazinfo”nun məlumatına görə, aktyor 28 Cinemada baş tutan "Kırmızı" filminin qala gecəsinə qatılıb. Jurnalistlərin suallarını cavablandıran aktyor film haqda təəssüratlarını bölüşüb:

“Ekran əsərini biz çox bəyəndik. Film ilk dəfə Azərbaycanda nümayiş olunacaq. Türkiyə hazırda seçkilərə hazırlaşır, film təqdim etmək üçün uğurlu  zaman deyil. Bu filmdə hər kəs öz uşaqlığını görəcək. Daim mənfi xarakterləri canlandırmışam.  “Kırmızı”da  yaxşı keyfiyyətlərə malik insanı canlandırmışam. Aktyor hər obrazı oynamağı bacarmalıdır.  

Əslində mənimlə filmin baş rol ifaçısı Cemal Sunal da gələcəkdi, artıq danışıqlar aparılmışdı. Serial çəkilişi olduğu üçün gələ bilmədi”.

Könül