Şuranın nümayəndə heyəti Avropada

-suranin-numayende-heyeti-avropada-
Oxunma sayı: 765


Şuranın mətbuat xidməindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, Almaniyanın Flensburq şəhərinin meri xanım Svetlana Kratsçmar Azərbaycan vətəndaş cəmiyyətini təmsil edən nümayəndə heyəti ilə görüşdən məmnunluğunu bildirərək yerli özünüidarətmə orqanlarının işi, qərarların qəbulunda vətəndaş iştirakçılığı, eləcə də vətəndaşları təmsil edən müxtəlif növ təsisatların yaradılması, onlara sosial sifarişlərin verilməsi qaydaları barədə qonaqlara məlumat verib. Xanım Kratsçmar Flensburqda əksəriyyətini alman və danimarkalıların təşkil etdiyi 80-dən artır xalqın nümayəndələrinin yaşadığını qeyd edib.  

Şura Katibliyinin icraçı direktoru F.Qurbanov səfərin məqsədi və ölkəmiz haqqında danışaraq Azərbaycanın iqtisadi inkişafı, yerləşdiyi regionun lider dövləti olması, vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülən işlər, Şura və onun xarici QHT-lər üçün qrant proqramı haqqında geniş məlumat verib.

Nümayəndə heyəti Danimarkanın Sondeborq şəhərində Avropa gününə həsr olunmuş toplantıda da iştirak edib. Şuranın nümayəndə heyəti “Avropa günü” konfransının təşkilatçısı olan FUEN-nin rəhbərliyi ilə keçirilən görüşdə Avropalı həmkarlarına ölkəmizdə birgəyaşayış modeli, tolerantlıq ənənələri, multikultralizm, milli azlıqlarla bağlı həyata keçirilən dövlət siyasəti və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında  ətraflı məlumat verib. 

Daha sonra səfərin yekunlarına həsr olunmuş müzakirə keçirilib. Nümayəndə heyətinin üzvləri Fərasət Qurbanov, Sahib Məmmədov, Əliməmməd Nuriyev və Rəna Mirzəzadə Danimarka və Almaniyanın vətəndaş cəmiyyəti qurumlarında, parlamentində və xarici işlər nazirliklərində keçirilən görüşlər və onların əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.