Telekanallar parlamentdə tənqid olundu

-telekanallar-parlamentde-tenqid-olundu
Oxunma sayı: 1979


“Qafqazinfo” xəbər verir ki, müzakirələr zamanı çıxış edən millət vəkili Fazil Mustafa hesabat verilməsi fikrini dəstəkləyib: “Heç bir halda cəmiyyət qarşısında onların çıxışını görmədim. İTV-nin çıxışını bir az da gücləndirmək lazımdır. Bu formal hal daşımamamlıdır. Təklif edirəm ki, ictimai nəzarətə mane olan hadisələrə qarşı müəyyən normativ aktlar qəbul edək”. 

Millət vəkili Fuad Muradov deyib ki, Yayım Şurasının üzvü olaraq, hər il biz hesabat təqdim edir: “Televiziyada gedən proseslər bəzən bizi narahat edir. Ancaq bu bir TV-dən başlaya bilməz. Ona görə televiziyaya qarşı nəzarət güclənməlidir”. 

Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, bizə İTV ilə bağlı sənəd veriblər və o sənəd çıxarış formatındadır: “Bu məktub formasında olmalıdır. Bunun Milli Məclisə nə dəxli var? Mən baxıram ki, Vüqar Zeynalovun televiziyaya heç bir dəxli yoxdur. İş yerləri və təhsili televiziyadan uzaq olan adamları bu sənəddə təqdim ediblər. Televiziyalarımız ona görə də, indiki vəziyyətdə narazılıq doğurur.Televiziyalarda dəfələrlə tənqidi materaillar səslənir. Bəs hansı nəzərə alınır?”. 

Günel Türksoy