“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi nəzərdə tutulur. Hər iki məcəlləyə təkilif olunan dəyişikliklərdə məqsəd torpaqların qeyri-qanuni zəbt edilməsinin, onlardan təyinatı üzrə istifadə edilməməsinin və qanunvericiliklə müəyyən olunmuş qaydalarlı pozmaqla, kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliyin tələblərini sərtləşdirməkdir.
Qeyd edək ki, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, yəni, torpaq sahəsinin hasarlanması, becərilməsi, üzərində tikinti və ya quraşdırma işlərinin aparılması, yaxud, həmin torpaqdan istifadə edilməsinə başqa üsullarla mane olma min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Həmçinin, Məcəllənin 188.1-ci maddəsində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə, 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ildək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Adıçəkilən Məcəllənin 188.1-ci və ya 188.2-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar, yəni, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya bir ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar. Bununla yanaşı, Məcəllənin 314-1-ci maddəsinə təkilif olunan dəyişikliyə əsasən, vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki şəxslərin və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə veruimləsi haqqında qanunsuz qərar qəbul etmə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. 314-2-ci maddəyə təkilif olunan dəyişiklikdə isə göstərilir ki, vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqda qərar qəbul etmə 3 ildək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
İnzibati Xətalar Məcəlləsinə gəlincə, orada 70-ci maddənin ləğv olunması təklif olunur. Eyni zamanda, 88-1-ci maddəyə təklif olunur ki, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə, fiziki şəxslər 300, vəzifəli şəxslər 600, hüquqi şəxslər 3 min manat miqdarında cərimə edikləcəklər. 88-1-də nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər 500, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 5 min manat miqdarında cərimə olunacaqlar. Bununla bərabər, 88-3-cü maddədə cərimənin 60-90 manatdan 1500 manata qaldırılması təklif olunur. Müzakirələrdən sonra hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər