Şəmkir rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Vüsal Rzayev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. Qeyd edib ki, çalışdığı qurum şəmkirli gənclərin potensialını üzə çıxarmaq üçün müxtəlif layihələr həyata keçirir.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin(TUMİB) sədri Çingiz Bayramov ilk öncə milli idologiyamızın yaradıcılarından olan Azərbaycan dövlət himinin müəllifi,istiqlal şairi Əhməd Cavadın yurdunda gənclərini salamllamalıqdan məmnun olduğunu dilə gətirib. Natiq daha sonra layihə haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi gənclər arasında Azərbaycançılıq məfkurəsini daha çox təbliğ etmək, ölkəmizdə vətənpərvər ruhlu, ziyalı gənclərin yetişməsinə təkan verməkdir: “Həmçinin Azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı konfranslar, şeir, mahnı, rəsm və respublikamızın gənc jurnalistləri arasında yazı müsabiqəsi keçirəcək”.
Layihənin eksperti, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə gənclərin cəmiyyətin həyatındakı rolundan danışıb. Qeyd edib ki, gənclərin enerjisini doğru istiqamətə yönəltməklə daha çox uğur qazanmaq mümkündür. S.Verdizadə yeniyetmə və gəncləri yad ideologiyaların təsirinə düşməməyə çağırıb.
Daha sonra digər çıxış edənlər mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. İştirakçıların sualları cavablandırılıb. Tədbirin sonunda iştirakçılara Gənclər Fondunun və TUMİB-in fəxri diplomları təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər