Türkiyədə dəhşətli qəza – - 3 ölü, 3 yaralı

-turkiyede-dehsetli-qeza-
Oxunma sayı: 999


“Qafqazinfo” Anspress-ə istinadən xəbər verir ki, hadisə Denizli – Aydın magistral yolundakı Bakırlı keçidində meydana gəlib. Şəxsiyyəti naməlum sürücünün idarə etdiyi minik avtomobili Denizli istiqamətində hərəkətdə olarkən nəzarətdən çıxan maşın eyni istiqamətdə hərəkət edən başqa maşına dəyərək bardürlərə çırpılıb. Bardürləri aşıraraq qarşı zolağa keçən maşın yolun əks istiqamətində hərəkət edən TIR-ın altına düşüb. İçərisində 4 nəfər olan minik maşınını sürükləyən TIR ancaq 70 metr irəliləyərək dayana bilib. 

Qəza və həmçinin qəzanl izləmək üçün hadisə yerinə toplaşan insanlar səbəbindən magistral yolda bir müddət tıxac yaranıb. 

Qəzada ölənlərin meyitləri məhkəmə tibbi ekspertizasına, yaralılar isə xəstəxanaya aparılıb. 

Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.