Bu gün dünya mətbuatının gündəmini Türkiyədə AK partiyasına keçirilən seçkilər və yeni baş nazirin təyin olunması ilə bağlı xəbərlər tutur.
“Qafqazinfo”nun məlumatına görə, partiyanın fövqəladə qurultayında Binəli Yıldırım sədr və baş nazir vəzifələrinə seçilib.
Artıq bu hadisə ilə bağlı sosial şəbəkələrdə fərqli və gülməli “caps”lər, paylaşımlar edilir. Bu cür paylaşımlardan birini də “Bu şəhərdə”nin prodüsseri, ssenarist Müşfiq Abbasov edib.
Belə ki, o, “Fakt. Yenə də bizimkidir. Min şükür” şərhini yazaraq yeni baş nazirin soyadı ilə belə “oynayıb”: “Dostlar, siz bilirsiniz ki, Türkiyənin yeni baş naziri Qalalı yox, Binəlidi?”.
Qeyd edək ki, Türkiyədə sosial şəbəkə istifadəçiləri də məlum hadisə ilə bağlı bu cür paylaşımlar hazırlayıb. Onlardan bir neçəsini təqdim edirik.





Son xəbərlər
Son Xəbərlər