“Unibank”ın “Mingəçevir” filialı yeni ünvanda

-unibankin-mingecevir-filiali-yeni-unvanda
Oxunma sayı: 3057


“Mingəçevir”  filialı yeni ünvanda vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla,  bütün bank xidmətlərini göstərməkdə davam edəcək. Filial  fərdi  şəxslərlə yanaşı, kiçik və orta biznes sahiblərinə də xidmət edir.Vətəndaşlar filialdan nağd  kreditlər və mikro kreditlər götürə bilərlər. Yüksək səviyyəli xidmətdən  və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyən hər kəs  Unibank-ın “Mingəçevir”  filialına müraciət edə bilər. 

Hazırda baş ofis də daxil olmaqla, Unibank  40 filialı ilə müştərilərin xidmətindədir. İldən- ilə xidmət şəbəkəsini genişləndirən bankın  paytaxtda 24, bölgələrdə isə 16 filialı var. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı.