“Uşağım ölsün deyə mesajlar atdınız”

-usagim-olsun-deye-mesajlar-atdiniz
Oxunma sayı: 5386

Məşhur aktrisa Bergüzar Korel sosial şəbəkə izləyicisinin “Ərinlə ağaclar kəsiləndə aksiyalara ən ön sırada getdiniz. İndi əsgərlərimiz ölür, səsiniz çıxmır. Sən də bir uşaq böyüdürsən , Allah böyükdür” sözlərinə sərt reaksiya verib.

“Qafqazinfo”nun məlumatına görə, izləyicisinin sözlərini “Instagram” səhifəsində paylaşan məşhur bunları yazıb:

"İllərdir hər cür təhqirləriniz, böhtanlarınız qarşısında nəzakətimi, hörmətimi, insanlığımı qorudum. İnsan olduğumu unudaraq qarşı olduğunuz bütün siyasi partiyalarla addımı andınız. Hər hansı bir məcrada siyasi partiya təbliğatı aparmadığım, ağzımdan siyasi heç bir cümlə çıxmadığı halda məni damğaladınız. Nə fahişəliyim qaldı, nə teroristliyim, nə şeytanlığım. Heyvan sevdim aşağıladız, uşağın gördüyü zülmlərə münasibət bildirdim “Öz ölkənin uşaqları üçün nə etdin?” deyə suallar ünvanladınız. Uşağım ölsün deyə mesajlar atdınız, uşağım küçəyə çıxanda məhəllədəki uşaqlar gəlib “Sənin ölməyini istəyirlər, doğrudur?” deyə soruşanda övladımı necə sakitləşdirəcəyimi bilmədim. Yazdıqlarınız bu qarğış qədər iyrənc olmamışdı. Bir anadan, məni tanımayan bir insandan belə bir qarğış eşitdiyimdən bəri “artıq məni heç bir şey təəccübləndirməz” deyərkən, əllərimin titrəməsinə mane ola bilmir, bu yazını yazmaqda çətinlik çəkirəm!”

Könül