Şoloxovun “Sakit Don”unda bir epizod var: Adamlar vahiməyə düşüb bir-biri ilə kor-koranə vuruşur. Alman zabiti öldürülür. Alman zabitini Astaxanov öldürsə də bunu Kryuçkovun adına çıxırlar. Qəhrəman düzəldirlər Kryuçkovdan. Onun kəkilli başı qəzet, jurnal səhifələrini bəzəyir. Üstündə Kryuçkovun şəkili olan papiroslar satışa buraxılır. Qiymətli hədiyyələr, mükafatlar... Beləcə, Kryuçkov məşhurlaşır...
Məşhurlaşmağın öz imperativ qaydaları, təbliğat mexanizmi var.
“Marianna” corablar çoxdan dağılıb... Heç istehsal da olunmur. Geyinənlərə də gülərlər...
Bu günlərdə bir səs yazısı yayıldı. Yəqin xatırladız: “Həci başqadu...” Sonra səs yazısının müəllifinin hansısa tv proqramına çağırıldığı deyildi. Həmin adam bəlkə də heç bunun yayılmasında məşhur olacağını düşünməyib. Amma kütlə onu məşhurlaşdırdı. Kütlə psixologiyasıdı bu: xoşuna gəldisə, yayacaq.
Nigar Köçərli mərkəzdəki “Əli və Nino” kitabxanasının bağlanması haqda danışdıqda heyfslənən təkcə kitab oxuyanlar oldu.
İctimai əhəmiyyət kəsb edən hadisələr qulaqardına vurulur. Kütlə, yüngülməzaclığa meyl edir.
Gülüşü yaratmaq üçün yumor hissi, intellekt olmalıdı. İntellekti inkişaf etdirmək yenə də gəlib oxumaqdan, maariflənməkdən keçir. Bu isə adamlara uzun bir yol kimi görünür. Kəsə gedirlər: bir-iki dəqiqəlik belə materiallar insanlarımızı qəhqəhəyə qərq edir... Gülmək yox, nəyə gülmək maraqlıdı. Biz nəyə gülürük???
***
Mənasız söhbətləri, istedadsız adamları məşhurlaşdıranlar Çinin keyfiyyətsiz firmaları kimidi. Pulunun qədrini bilən, sağlamlığını düşünən alıcı ucuz və keyfiyyətsiz malları istehlak etmir.
Adam Smit deyirdi ki, çörək istehsal edən çörəyi bişirib axşam sizin süfrənizə ona görə göndərmir ki, o, sizin qayğınıza qalır, o, bunu gəlir əldə etdiyi üçün edir...
***
“Alıcılıq” qabiliyyətimizə baxaq: sağlamlığımızın, zövqümüzün, mənəviyyatımızın qayğısına qalırıqmı? Nəyə gülürük? O gülüşü özümüzə, üzümüzə yaraşdırırıqmı?
Toplum bunları düşünsə fərdləronun zövqü, rəyi ilə hesablaşar və daha gözəl qabiliyyətləri ilə çıxar meydana...
Son xəbərlər
Son Xəbərlər