“Vətənini Sev” layihəsi təqdim olunub

-vetenini-sev-layihesi-teqdim-olunub
Oxunma sayı: 1235


Tədbirdə layihə rəhbəri Bəxtiyar Rəhimov, Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsi Nicat Əliyev,  gənclər idman İdarəsinin nümayəndəsi Vəliyev Oruc və Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişaf İctiami Birliyinin sədri Zaur Quliyev iştirak edib.  B.Rəhimov layihə haqqında danışıb. Son illərdə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışan natiq  gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsinin çox önəmli olduğunu vurğulayıb. O, bildirib ki, layihənin keçirilməsində məqsəd vətənimizin tarixini, onun şərəfli səhifələrini, ağır dövrlərini gənc nəsil arasında təbliğidir. Hədəf  Azərbaycan həqiqətlərini, Ermənistan silahlı birləşmələri tərərfindən işğal olunmuş torpaqlarımızı, Xocalı soyqırımını, Qanlı 20 Yanvarı unutmamaq, Milli Qəhrəmanlarımızı tanıtmaq və gələcək nəsillərə çatdırmaqdır. B.Rəhimov qeyd edib ki, Azərbaycan gənclərinin yaddaşında bu tariximiz heç vaxt silinməməlidir.  

Tədbirin sonunda iştirak edən gənclərə “Vətəni Sev” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Bayrağı təqdim olunub.