Türkiyəli aktrisa Türkan Şoray Boğaz mənzərəli villasını satışa çıxarır.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 3 mərtəbədən ibarət olan malikanənin 15 milyon türk lirəsinə satıldığı açıqlanıb.
Türkan Şorayın villasının satmasına səbəb isə liftin olmaması göstərilib. Aktrisanın səhhətində problem olduğu üçün villanın yuxarı mərtəbəsinə çıxıb-düşə bilmir.
Sənətçi “Evim çox gözəldir, amma bundan sonra istifadəsi daha asan olan müasir bir ev almaq istəyirəm”,- deyə jurnalistlərə açıqlama verib.

Son xəbərlər
Son Xəbərlər