“Qafqazinfo” xəbər verir ki, Bu yaxınlarda “WhatsApp” mobil messencerini 16 milyard dollara satın alan dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” bu barədə açıqlama verib. Bu problemin “WhatsApp”da aparılan yenilənmə işlərindən irəli gəldiyini bildirib.
“WhatsApp”ın yeni versiyası tamamlandıqdan sonra proqram yeniden istifadəyə veriləcək.
Qeyd edək ki, “WhatsApp” 2009-cu ildə ukraynalı Yan Koum və amerikalı Brayen Ekton tərəfindən hazırlanıb. Messencer gündə təxminən 50 milyard mesaj emal edir.
Məlumdur ki, son iki ildə mobil messencerlər müəyyən mənada sosial şəbəkələrin rəqibinə çevriliblər. Çünki insanlar artıq dost-tanışları ilə sosial şəbəkələr deyil, messencerlər vasitəsilə ünsiyyət saxlamağa üstünlük verirlər
“WhatsApp”ın əsas ideyası ondan ibarətdir ki, ani mesajlar ödənişsiz olmalıdır. Sözsüz ki, bu, mobil operatorlara güclü zərbədir.
Son xəbərlər
Son Xəbərlər