Xaçmazda qəza oldu - - Fotolar

-xacmazda-qeza-oldu-
Oxunma sayı: 1552


Hadisə Gəndob-Yalama yolunun 25-ci km-də, Xaçmaz şəhəri ərazisində qeydə alınıb. 23 yaşlı Xaçmaz sakini İlqar Osmanov idarəetdiyi Vaz-2107 markalı avtomobillə Gəndob istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və əks istiqamətdən gələn 30 yaşlı Quba sakini Əli Rəhmanova məxsus Mersedeslə toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb. 

Yaralılar Xaçmaz MRX-na yerləşdirilib.Tibb müəssisəsindən verilən məlumata görə, Vaz-2107-nin sürücüsünün vəziyyəti orta-ağırdır. Digər nəqliyyat vasitəsinin sürücüsü isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə göndərilib. İlkin versiya olaraq qəzaya səbəb kimi Vaz-2107-nin yol hərəkəti qaydalarının kobud surətdə pozması göstərilir. Hazırda faktla bağlı araşdırma aparılır.