“Xəzər kuboku” turnirinin qalibləri bəlli oldu

-xezer-kuboku-turnirinin-qalibleri-belli-oldu
Oxunma sayı: 737


“Qafqazinfo” gənclər və idman nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,  turnirdə Azərbaycan, Rusiya Federasiyası, Almaniya, İsrail, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Estoniya və Moldovadan olan 53 komanda "Nə? Harada? Nə zaman?", "Breyn-Rinq" və "Xəmsə" milli intellektual oyunu üzrə yarışlarda qalibiyyət  uğrunda mübarizə aparıblar. Üç oyunun nəticələrinə görə ümumi hesabda qaliblər müəyyən edilib. 

“Nə? Harada? Nə zaman?” oyunu üzrə qaliblər:

-       1-ci yer - Maksim Potaşovun  komandası (Rusiya, Moskva);

-       2-ci yer - "Pentium"  komandası (Gürcüstan,Suxumi);

-       3-cü yer - "Qvardiya" komandası t(Rusiya, Moskva).

 “Breyn-Rinq” oyunu üzrə qaliblər:

-       1-ci yer - "Qvardiya" komandası (Rusiya, Moskva);

-       2-ci yer - "Blenderin oyunu" komandası (Qazaxıstan, Astana);

-       3-cü yer – Nigar İbrahimovanın komandası (Azərbaycan, Bakı)

  “Xəmsə” milli intellektual oyunu üzrə qaliblər:

-       1-ci yer - Maksim Potaşovun  komandası (Rusiya, Moskva),

-       2-ci yer - "Qalaxad" komandası (Gürcüstan,Tbilisi)

-       3-cü yer – Nigar İbrahimovanın komandası (Azərbaycan, Bakı)

 Qaliblərə ənənəvi olaraq turnirin kuboku, eyni zamanda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən təsis edilmiş müxtəlif qiymətli hədiyyələr təqdim edildi.