Xınalıq yolu açıldı

-xinaliq-yolu-acildi
Oxunma sayı: 1048


“Qafqazinfo” xəbər verir ki, Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov AzərTAc-a bildirib ki, fevralın 22-si gecə saatlarında baş verən qar uçqunu Quba-İspik-Xınalıq yolunun 35-ci kilometrliyində qeydə alınmışdı. Əraziyə tökülən qar təbəqəsinin çoxluğu, eyni zamanda, həmin ərazidə texnikanın işləməsinin olduqca çətin olması yolun qardan təmizlənməsinə problemlər yaradırdı. Buna baxmayaraq, yol istismar idarəsinin işçiləri nəqliyyat əlaqəsi kəsilən Xınalıq, Qala Xudat, Bostankeş, Cek, Əlik və Atuc kəndlərinə avtomobillərin sərbəst hərəkətini təmin edə biliblər.

Quba Rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov məlumat verib ki, qar uçqunu nəticəsində nəqliyyat əlaqəsi kəsilən kəndlərdə hər hansı fövqəladə hal yaşanmayıb. “Yerli sakinlər təbiətin bu şıltaqlığına hazır olduğundan vacib qış tədarükünü əvvəlcədən həyata keçirirlər. Kəndlərdə kifayət qədər ictimai iaşə obyektləri fəaliyyət göstərir. Ucqar dağ kəndlərində elektrik enerjisinin verilişində və rabitə əlaqəsində də hər hansı ciddi problem qeydə alınmayıb”, - deyə Y.Abidov bildirib.