Yəməndə humanitar böhran – - BMT qərar verdi

-yemende-humanitar-bohran-
Oxunma sayı: 1271


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, BMT–nin verdiyi rəqəmlərə görə, Yəməndə əhalinin 80%-dən çoxu- təqribən 21 milyon adam köməyə möhtacdır. 13 milyon adam qida sıxıntısı, 9 milyondan çoxu isə təmiz su çətinliyi çəkir. Ölkənin cənubunda və Səudiyyə Ərəbistanla sərhəd bölgələrində qızdırma, vəba və digər yoluxucu xəstəliklər sürətlə yayılmağa başlayıb. Ölkə daxilində ən azı 160 səhiyyə mərkəzi təhlükəsizlik, yanacaq çətinliyi və digər çatışmazlıqlar səbəbiylə bağlanıb. 

BMT Təcili Vəziyyətlər koordinatoru Stephen O-Brienin başçılığında yığışan BMT təşkilatlarının nümayəndələri, ölkədəki humanitar vəziyyətin əhəmiyyətini vurğulayaraq Yəməndə 6 ay müddətində ən vacib səviyyə olan üçüncü dərəcəli təcili vəziyyət qərarı alıb. Qərara əsasən bütün BMT təşkilatları bu ölkədəki humanitar böhrana həll tapa bilmək üçün əməkdaş və fondlarını səfərbər edəcək. Qeyd edək ki, BMT hələ də İraq, Suriya və Cənubi Sudanda üçüncü dərəcəli kritik vəziyyət tətbiq edir. 

Günel Hacı