“Yuventus” ilk raundun qalibidir- - Yenilənib

-yuventus-ilk-raundun-qalibidir-
Oxunma sayı: 1212


“Qafqazinfo” xəbər verir ki, “Yuventus” öz meydanında “Trabzonspor”u qəbul edir. Ev sahibi komanda artıq hesabı açıb.16-cı dəqiqədə Pablo Osvaldo görüşdə ilk qolu vurub.

***

Görüşdə 70-ci dəqiqə oynanılır hələ ki “Yuventus”un minimal hesablı üstünlüyü davam edir.

***

90 dəqiqəyə əlavə olunmuş vaxtda Pol Poqba ikinci qolu “Trabzonspor”un qapısından keçirib.

“Yuventus” öz meydanında 2-0 hesabı ilə qalib gələrək növbəti mərhələ üçün sərfəli nəticə qazanıb.

Qeyd edək ki, bu cütlüyün cavab matçı  fevralın 27-də keçiriləcək.

İqbal