“Zəhmətimizi qiymətləndirin...”- - Rövnəq Abdullayev

-zehmetimizi-qiymetlendirin-
Oxunma sayı: 1490


“Qafqazinfo” xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev ötən ilin yekunlarına dair təşkil olunan hesabat konfransında deyib. 

O, jurnalistlərin “AFFA-nın büdcəsi Ermənistanın dövlət büdcəsi ilə müqayisə edilir. Amma onlar nəticə verə bilirlər, biz isə yox...” sualına belə cavab verib: “Ermənistan məsələsində razıyam. Aclıqda insan çox irəliləyir. Bizim toxluğumuz var. Amma nəticəmiz yoxdur demək düzgün deyil. Bu qədər işlər görürük. Bizim zəhmətimizi qiymətləndirin”.