Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza iyulun 28-də saat 21 radələrində qeydə alınıb.
Türkmən kənd sakini V.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Xanərəb kənd sakini Fərmayıl Rüstəmovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər