“06” ilə piyadanı vurub öldürdü

06-ile-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1351

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza yanvarın 11-də saat 23 radələrində qeydə alınıb. 

Şabran rayon sakini Z.Nadirov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Elman İsgəndərovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.