“06” ilə piyadanı vurub öldürdü

06-ile-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1870

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza aprelin 2-də saat 9 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini Y.Əsgərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Beydulla Qəniyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.