Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 7-də saat 21 radələrində qeydə alınıb.
Bakı şəhər sakini V.Cəniyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən paytaxt sakini Kamran Əliyevi vurub. Nəticədə velosipedçi hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər