“06” ilə vurulan piyada vəfat etdi

06-ile-vurulan-piyada-vefat-etdi
Oxunma sayı: 933

Kürdəmir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza martın 12-də saat 18 radələrində qeydə alınıb. 

Qaraqocalı kənd sakini A.Dünyamalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Sabir Babayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.