“06” ilə vurulan qadın öldü

06-ile-vurulan-qadin-oldu
Oxunma sayı: 1280

Şabran rayonunun Ağalıq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza fevralın 19-da saat 19 radələrində qeydə alınıb. 

Xaçmaz rayon sakini Ş.Cavadov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Səkinə Mustafayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.