“06” piyadanı vurub öldürdü

06-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1061

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, martın 4-də saat 19 radələrində rayonun Hindarx qəsəbəsi ərazisində Ağdam rayon sakini C.Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini S.Əsədovanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.