“06”dan bank kartı oğurlayıb pul çıxardı

06dan-bank-karti-ogurlayib-pul-cixardi
Oxunma sayı: 1023

Saatlı RPŞ-yə müraciət edən Sarıcalar kənd sakini İ.Alışov maşınından oğurluq edildiyini bildirib. 

“Qafqazinfo” xəbər verir ki, noyabrın 5-nə keçən gecə kənd ərazisində onun “VAZ-2106” markalı avtomobilindən 2 ədəd bank kartı oğurlandığını və hesabındakı 560 manat pulun çıxarıldığını qeyd edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.