“06”nı aşırdı, sərnişini öldü

06ni-asirdi-sernisini-oldu
Oxunma sayı: 1037

Tovuz rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza martın 29-da saat 1 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini N.Ənsərov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ağdaş rayon sakini Qiyas Ədilov orada ölüb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.