“07” ilə piyadanı vurub öldürdü

07-ile-piyadani-vurub-oldurdu
Oxunma sayı: 4361

Naftalan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza oktyabrın 15-də saat 21 radələrində qeydə alınıb. 

Müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini F.Əsgərov vurulub. Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Goranboy rayon sakini Z.Abdullayev saxlanılıb.

Naftalan ŞPŞ tərəfindən araşdırma aparılır.