“07” ilə piyadanı vurub öldürdü

07-ile-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1502

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza yanvarın 5-də saat 23 radələrində qeydə alınıb. 

Bərdə rayon sakini S.Qocayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İlqar Mövsümovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 6-da orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.