“07” ilə qadını vurub öldürdü

07-ile-qadini-vurub-oldurdu
Oxunma sayı: 1030

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 19-da saat 8 radələrində Binə qəsəbəsi ərazisində qeydə alınıb. 

Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 60-70 yaşlı qadını vurub və piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.