Gəncədə ölümlə nəticələnən qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı minik maşını iki orta yaşlı kişini vurub. Piyadalar xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada vəfat edib.
Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər