“07” və “ZİL” toqquşdu, ölən var

07-ve-zil-toqqusdu-olen-var
Oxunma sayı: 1197

Şəmkir rayonu yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 27-də saat 15 radələrində rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb. 

Rayon sakini Elmar Tağıyevin idarə etdiyi “VAZ-2107” və Tovuz rayon sakini Zahid Həsənovun idarə etdiyi “ZİL” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Tağıyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.