“07” yolun kənarında dayanan iki qadını vurub

07-yolun-kenarinda-dayanan-iki-qadini-vurub
Oxunma sayı: 1326


“Qafqazinfo”APA-ya istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən  “VAZ 2107” markalı avtomaşın yolun kənarında dayanan iki qadını vurub. Qəza nəticəsində Xaçmaz rayonu, Qusarçay kənd sakinləri, 1953-cü il təvəllüdlü Piriyeva Güllü Qəzənfər qızı və 1956-cı il təvəllüdlü Qədirova Qızbəs Nurbala qızı ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

 Faktla bağlı araşdırmalar davam etdirilir.