Avqustun 9-da Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Quba rayonu ərazisində reyd keçirilib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Birinci Nügədi kənd sakini Ə.Ələsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 151 kiloqram ət məhsulu aşkar edilərək götürülüb.
Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Quba Regional Sınaq laboratoriyasına təhvil verilib.
Araşdırmalar aparılır.

Son xəbərlər
Son Xəbərlər