“07”sindən tapança tapıldı

07sinden-tapanca-tapildi
Oxunma sayı: 1905

Gorbanboy və Ordubad rayonlarında silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Səfikürd kənd sakini Elşən Abdullayevə məxsus “VAZ-2107” markalı avtomobilə baxış zamanı “Alfa-440” markalı tapança aşkar edilərək götürülüb.

Ordubad rayon sakini Arzu Haşımov isə tapdığı silah-sursatı könüllü olaraq təhvil verib. O, 3 ədəd nömrəsi silinmiş ov tüfəngini, “F-1” qumbarasını, “RQD-5” qumbrasını, 200 qram trotili, 9 ədəd patron darağını, 2 ədəd “UZRQM”-ni və 512 ədəd müxtəlif çaplı patronu Naxçıvan MR DİN-ə təhvil verib.

Murad Əhməd