1 000 000 km qət edən növbəti Sunny!

1-000-000-km-qet-eden-novbeti-sunny
Oxunma sayı: 4985

Nissan avtomobilləri dözümlülüyü və etibarlılığı ilə seçilir. Alındığı ilk gündən sahibinə komfortlu sürüş təmin edən Nissan avtomobilləri uzun illər boyu ona xidmət edir. Avtomobilə vaxtında düzgün servis xidməti göstərilsə Nissan modelləri sizi heç vaxt yolda qoymaz.

Tez-tez servis mərkəzlərimizə 1 000 000 km qət etmiş avtomobillər gətirilir. Bu dəfə Nissan Azərbaycanın Abdulvahab Salamzadə küçəsi 2 ünvanında yerləşən Servis mərkəzinə 1 000 000 km məsafə qət etmiş Nissan Sunny avtomobili gətirilib. Avtomobilin sahibi Niyazi Zeynallı artıq 13 ildir ki, Nissan Sunny avtomobilini idarə edir. Avtomobilinin rahatlığından, yanacağa qənaətli olmasında və ən əsası bu illər ərzində ona heç bir texniki problem yaratmamasından çox razıdır.

Nissan Azərbaycan olaraq biz də bu uğurlu nəticəni qiymətsiz qoya bilməzdik. Müştərimizin avtomobilində hədiyyə olaraq mühərrikin yağı dəyişdirilib, alışma şamları yeniləri ilə əvəzlənib, ön əyləc kötükləri dəyişdirilib, hava filtiri yenilənib. Bundan başqa Servis mərkəzindən orijinal ayaqaltı və xüsusi hədiyyələr təqdim edilib.