ABŞ-ın müdafiə nazirinin müavini Patrik Şanahan Suriya ərazisinin 99,5%-nin İŞİD-dən təmizləndiyini , bir-iki həftə içərisində isə torpaqların qalanının tamamilə azad olunacağını bəyan edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Şanahan bunu mətbuat konfransında deyib. Onun sözlərinə görə, İŞİD artıq üzv qazanmaq üçün kifayət qədər hərəkat azadlığına və maliyyə imkanlarına sahib deyil.
O həmçinin, terror riskinin və kütləvi köçün əhəmiyyətli dərəcədə azaldığını ifadə edib.
Son xəbərlər
Son Xəbərlər