“1-2 kvadrata görə şəhid ailələrini narazı salmaq olmaz”

1-2-kvadrata-gore-sehid-ailelerini-narazi-salmaq-olmaz
Oxunma sayı: 1570

“Bəzi şəhidlərimizin ailələri övladlarının ali məktəbi bitirmək haqqında diplomunu ala bilmirlər. Çünki mövcud qanuna əsasən imtahanları bitirənlər diplom ala bilir. Onlar isə bu imtahanı səngərdə veriblər”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında deputat Aydın Mirzəzadə deyib. 

Deputat təklif edib ki, şəhidlərin ailələri də bir neçə kəsri nəzərə alınmadan ali məktəbi bitirməklə bağlı diplom alsın: “İkinci məsələ isə bəzi şəhid ailələrinin mənzil növbəsinə durmasına qanunla əngəl yaradılmasıdır. Qanunda qeyd edilib ki, adambaşına düşən mənzil kvadratı 6 kvadrat olmalıdır. Bir-iki kvadrata görə bunu etmək düzgün deyil. Heç olmasa, bu, adambaşına 10 kvadrata çatdırılmalıdır. Şəhid ailələrini qanunda olan bu məsələyə görə narazı salmaq olmaz”.

Günel Türksoy