Ötən ay əri Burak Ərdoğandan boşanan aktrisa Gonca Vuslateri aktyor Kerem Alışıkla sevgilidir. “Qafqazinfo” xəbər verir ki, cütlük ötən gecə İstanbulda bir arada görüntülənib.
Hər iki tanınmış sima əvvəlcə mətbuat nümayəndələrinin onları çəkdiyini görüb, təşvişə düşüb. K. Alışık daha sonra telefonla dostlaırna zəng vurub, məkana tez bir zamanda iki xanım da gəlib.
O, bir neçə dəqiqə sonra restorandan getmək qərarına gəlib. Aktyor çıxışda mövzu ilə bağlı açıqlama verib:“Gördünüz ki, tək deyilik, yanımızda iki xanım var idi. Gonca ilə aramızda belə bir şey yoxdur”.



Son xəbərlər
Son Xəbərlər