Anidən ayrılmalara barədə qərar verən Can Bonomo və Öykü Karayel barışıb.
“Qafqazinfo” xəbər verir ki, cütlük ötən gün bir arada görüntüləniblər. Onlar restorandan çıxarkən kameralara tuş gəliblər.
Bununla da, Can və Öykünün barışdıqları məlum olub. Cütlük onlara yaxınlaşan jurnalistlərin suallarını cavablandırmayıblar.
Can münasibətləri barədə danışmaq istəmədiyini bildirib, daha sonra motosikletə minərək ərazidən uzaqlaşıblar.
Xatırladaq ki, cütlük ötən ay ayrıldıqlarını elan etmişdilər.

Son xəbərlər
Son Xəbərlər