Dövlət Yol Polisi İdarəsi dünən karantin qaydalarını pozanların sayını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, 26 aprel saat 00:00-dan 27 aprelədək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1397 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 41404 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Son xəbərlər
Son Xəbərlər