1 aylıq oğlu üçün 300 min təklif etdilər

1-ayliq-oglu-ucun-300-min-teklif-etdiler
Oxunma sayı: 2076

Ərəb ölkələrində kifayət qədər populyar olan Burak Özçivit və Fahriye Evcenin şöhrəti oğulları Karana da keçib.  Belə ki, Dubayda fəaliyyət göstərən sosial media şirkəti cütlüyə hər kəsi təəccübləndirəcək təklif irəli sürüb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət Karanın instaqram səhifəsini idarə etmək üçün türk ulduzlara müraciət edib.  Qeyd olunub ki, onlar hesabı idarə edəcəklər və bunun qarşılığında Burak və Fahriyeyə 300 min dollar ödəniş edəcəklər.