1 dəqiqə belə oynamadı, komandasını yarımfinala çıxardı- - Yenilənib+Fotolar

1-deqiqe-bele-oynamadi-komandasini-yarimfinala-cixardi-
Oxunma sayı: 3189


"Qafqazinfo" xəbər verir ki, Hollandiya Kosta Rika ilə qarşılaşır. Kosta Rika artıq gələ biləcəyi,göstərə biləcəyi sürprizə imza atıb. Yarımfinal isə artı əməlli-başlı partlayış olar. Lakin bu futboldur. Bura kimi gələn komanda yarımfinalka adlamaq da əzminə sahibdir.Hollandiya isə təcrübəsindən, keyfiyyətli futbolçularından yararlanıb yarımfinala adlayaraq Argentinaya rəqib olmaq niyyətindədir. Görüşün baş hakimi Özbəkistandan olan Rövşən Irmatovdur. Komandaların start heyətləri belədir.

Hollandiya: Sillessen, Vlar, de Vrey, Martins İndi, Blind, Sneyder, Veynaldum, van Persi, Robben, Küyt, Depay.

Kosta-Rika: Navas, Akosta, Qonsales, Umanya, Dias, Qamboa, Borxes, Bolanyos, Texeda, 

***

Birinci 45 dəqiqədən sonra qol olmadı. Hesab hələki 0-0-dır.

***

90 dəqiqə də komandaların qol vurmağına kifayət etmədi. Əlavə 30 dəqiqə oynanılacaq.

***

Hollandiya penaltilərdə 4-3 hesabı ilə qalib gəldi və yarımfinala adladı.Dahi məşqçi Lui Van Qal 120-ci dəqiqədə qapıçı Sileseni Tim Kurulla əvəzlədi ki, bu da öz bəhrəsini verdi.Krul iki penaltidə komandasını qoldan xilas etdi. Beləliklə, Argentina yarımfinalda Hollandiya ilə oynayacaq.

İqbal