1 dəqiqəyə 43 min dollar qazandı – - Video

1-deqiqeye-43-min-dollar-qazandi-
Oxunma sayı: 3285


“Qafqazinfo”nun Anspress-ə istinadən verdiyi məlumata görə, tanınmış müğənni, aktrisa, rəqqas və prodüsser olan Cennifer Lopez ötən günlərdə Honq-Konq yaxınlığındakı Makauda yüksək məbləğ müqabilində konsert proqramı ilə çıxış edib. 

Konsert boyu sevilən mahnıları və seksual rəqsi ilə dinləyicilərini coşduran müğənni bir-birindən gözəl geyimlərlə səhnəyə çıxıb. 

Kazino milyarderi olan bir ailənin təşkil etdiyi şənlikdə konsert verən müğənninin 40 dəqiqəlik səhnə çıxışı üçün 1,75 milyon dollar qonorar ödənilib. Bu isə konsertin hər dəqiqəsi üçün 43 min dollar alması deməkdir.